Dövlət Miqrasiya Xidməti daha bir video-çarx hazırlayıb 

14:34 04.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən #evdəqal həştəqi ilə növbəti video-çarx hazırlanıb.

DMX-dən hafta.az-a verilən məlumata görə, koronavirus (COVİD - 19) infeksiyasının qarşısının alınması ilə bağlı ölkəmizdə aparılan #evdəqal maarifləndirmə kampaniyasını çərçivəsində növbəti video-çarx hazırlanıb.

"Video-çarxın hazırlanmasında bizə dəstək olan, çağırışlara qoşulan diplomatik korpus nümayəndələrinə və əcnəbi iş adamlarına minnətdarlığımızı bildiririk. Evdə qalın, sağlam qalın",- deyə xidmətdən bildirilib.